22 sentyabr 2012 15:48
Cenifer Lopes mərkəzi arenada məşqə çıxdı (FOTO)
Məlim olduğu kimi, Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 start götürüb. Azerisport.az xəbər verir ki, saat 18:30-da turnirin açılış mərasimi başlayacaq.
Açılış mərasimində tanınmış müğənni Cenifer Lopes də çıxış edəcək. Artıq o, Tofiq Bəhramov adına Respublika stadionunda “məşqə” də çıxıb. Belə ki, o, öz musiqiçiləri ilə bəzi hazırlıqlar keçib.
Qeyd edək ki, açılış mərasimindən sonra Azərbaycan millisi mundialda ilk oyununa çıxacaq. Komandamız Kolumbiya ilə qarşılaşacaq. Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlərdən xahiş olunur ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıqdı.
