22 sentyabr 2012 18:57
Berti Foqts 6-cı turun mərkəzi oyununda
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək bir oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 23-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək AZAL - "İnter" oyununu izləyənlər arasında almaniyalı mütəxəssis də olacaq.
