22 sentyabr 2012 20:04
Azərbaycanda keçirilən dünya çempionatının rəsmi açılışı oldu
Tofiq Bəhramov adına Respublika stadionunda qızlardan ibarət yığmalar arasında FİFA U-17 dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində məşhur Cirque du Soleil və ünlü müğənni Cenifer Lopes də çıxış edib.
Açılış mərasimindən sonra isə A qrupunda yer alan meydan sahibi – Azərbaycan yığması Kolumbiya ilə oyuna çıxıb.
Qeyd edək ki, bu oyundan öncə artıq üç görüş keçirilmişdi. Yığmamızın qrupunda Nigeriya Kanada ilə sülh bağlayıb – 1:1. B qrupunda KXDR Qambiyanı 11:0 hesabıyla darmadağın edib. Fransa isə ABŞ-la sülhə razılaşıb – 0:0.
