22 sentyabr 2012 11:15

“Neftçinin qrupdan çıxması İnter və Rubinlə oyunlardan sonra müzakirə oluna bilər”

Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov azerisport.az saytına müsahibəsində “Neftçi”nin Avropa Liqasındakı çıxışından, eləcə də Topaz Premyer Liqasının oyunlarından danışıb.
 
- “Neftçi”nin Avroliqanın qrup mərhələsindəki debüt matçı barədə nə deyə bilərsiz?
- Birinci hissədəki oyun kifayət qədər yaxşı təəssürat oyatdı. Düzgün taktika seçilmişdi. Rəqibə meydanın onlara aid hissəsində pressinq edilirdi. Bizimkilər də hücumlar edirdilər, qol vəziyyətləri yaradırdılar. Amma ikinci hissədə hər şey o qədər də yaxşı alınmadı. Eyni zamanda “Partizan” da özünü biz gözlədiyimiz kimi aparmadı. Onlar çoxlu səhvlər buraxırdılar. “Neftçi” bu səhvlərdən yararlanıb onları cəzalandıra bilərdi. Hər halda heç-heçə də debüt matçı üçün əla nəticədi.
 
- Sizcə, “Neftçi”nin bu qrupdan çıxmaq şansları nə dərəcədə yüksəkdi?
- Komanda bir qədər özünə inanmalıdı. Komandamızın qrup mərhələsinə vəsiqə qazanması çox əladı. Amma bununla kifayətlənmək olmaz. Hər şey baş verə bilər. Rəqiblər asan olmasa da, onların hamısı ilə oynamaq mümkündü. Qrupdan çıxmaq məsələsini isə 2-3 turdan sonra müzakirə etmək olar.
 
- Növbəti turda bakılıları Milan “İnter”i ilə oyun gözləyir Yəqin ki, italyanlar evdə Rusiya “Rubin”ini məğlub edə bilmədikləri (2:2) üçün Bakıya hirsli gələcəklər...
- Yəqin ki. Ümumiyyətlə, bu qrupun əsas favoriti “İnter”, daha sonra “Rubin”di. Öncədən “Partizan”ın da nəsə edə biləcəyini düşünürdüm. Amma “Neftçi” ilə oyun göstərdi ki, onları məğlub edəcək gücdəyik. “İnter”lə oyun isə çox çətin olacaq...
 
- Premyer Liqamıza qayıdaq. “Xəzər Lənkəran” – “Simurq” oyunu həm nəticə baxımından gözlənilməz oldu, həm də Yunis Hüseynovun istefasını açıqlamasına səbəb oldu...
- XL kimi iddialı klub üçün ardıcıl iki məğlubiyyət ağırdı. Amma baş məşqçinin gedişi üçün erkən olduğunu düşünürəm. Ən azından fasiləyə qədər işləmək, səhvləri aradan qaldırmağa çalışmaz lazımdı. Ondan sonra gedib-getməmək haqda düşünmək olar. Tələsik addım atmağa dəyməz.
 
- Oxşar hadisə “Qarabağ”ın AZAL-la oyundakı 2:6 hesablı məğlubiyyətindən sonra da baş verdi...
- Qurban Qurbanovun istefası komandaya kömək edə bilməz. Mən onun vəziyyətini başa düşürəm. Əgər komandanın altı qol buraxırsa, bu, baş məşqçi üçün dəhşətdi. Amma “Qarabağ” həmin oyunda sona qədər ruhdan düşmədi, döyüşdü, fərqi azaltdı. İstefa səhv addımdı. Qurbanov postunda qalmalıdı. Bu gün “Qarabağ” çempionatda ən baxımlı futbol oynayan komandalardan biridi. Bir məğlubiyyətə görə baş məşqçidən imtina olunmaz.
 
- Sizcə, “Qarabağ”ın oyunu niyə belə alındı?
- Mən özüm də stadionda idim və nəticəyə çox təəccübləndim. Amma digər tərəfdən etiraf etmək lazımdı ki, Vaqif Sadıqovun gəlişindən sonra AZAL tamamilə fərqli komanda olub. Onlar “Qarabağ”ın bütün zəif cəhətlərini öyrənmişdilər. AZAL böyük qüvvə ilə irəli atılan rəqibin hər səhvindən yararlanırdı. Ağdamlıların isə hücum xəttində problemlər diqqət çəkirdi. Bir hücumçu ilə bütün oyunları qazanmaq olmaz. Qurbanovun istefasını müzakirə etməkdənsə, oyunçu almaq lazımdı. “Qarabağ”a bir hücumçu vacib lazımdı. Məşqilər korpusunda yox, heyətdə dəyişiklik etmək lazımdı. Qurbanov hələ öz potensialını tam açmayıb. Ona görə də indi ona getmək lazım deyil.
 
- “Simurq”un hazırda turnir cədvəlinə başçılıq etməsi nə dərəcədə gözləniləndi?
- Düzünü deyim ki, bu, bir qədər gözlənilməzdi. Amma əgər liderdilərsə, deməli, buna layiqdilər. Məşqçilər və futbolçular öz işlərini düzgün görürlər ki, nəticədə də hazırda liderdilər. Mən 5-6 turdan sonra “Qarabağ”ın lider olacağını düşünürdüm. Amma son turda qeydə alınan məğlubiyyət onların mövqeyinə çox təsir etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.