22 sentyabr 2012 00:46
Vladimir Vermezoviç: Hacıyev Partizanı və serb xalqını təhqir edib
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirilən oyundan (0:0) bir gün sonra həmin gün baş verənləri daha geniş şəkildə analiz edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Mən yetirmələrimi məzəmmət edə bilmərəm. Baxmayaraq ki, daha yaxşı oynaya da bilərdik. Sadəcə, rəqib müdafiədə yaxşı təsir bağışladı. Təkbətək mübarizələrdə bir qədər oyun cəsarət çatışmırdı. Bir qol vursaydıq, oyunun şəkli tamamilə dəyişəcəkdi. İnsanlar da bu oyunla bağlı tam fərqli danışacaqdılar. Hər halda yetirmələrim əllərindən gələni etdilər”.
“Mən yetirmələrimi məzəmmət edə bilmərəm. Baxmayaraq ki, daha yaxşı oynaya da bilərdik. Sadəcə, rəqib müdafiədə yaxşı təsir bağışladı. Təkbətək mübarizələrdə bir qədər oyun cəsarət çatışmırdı. Bir qol vursaydıq, oyunun şəkli tamamilə dəyişəcəkdi. İnsanlar da bu oyunla bağlı tam fərqli danışacaqdılar. Hər halda yetirmələrim əllərindən gələni etdilər”.
Vermezoviç “Neftçi”nin onu təəccübləndirmədiyini iddia edir: “Oyundan öncə bəzilərdi deyirdi ki, “Neftçi” Serbiya çempionatında elitada qalmaq uğrunda mübarizə aparardı. Onlar bizim təsəvvür etdiyimiz kimi oynadılar. Bu komanda o vaxt daha təhlükəli olur ki, öz oyununu sərgiləyə bilir. Məsələn, APOEL-lə oyunda elə olmuşdu. Azərbaycanlılar deyirlər ki, onlar uzun illərdi Bakıdakı ev oyunlarında məğlub olmurlar”.
Baş məşqçi qol şanslarını dəyərləndirə bilməyən yetirmələrindən də danışıb: “Başa düşürəm ki, Saşa İliçin artıq 35 yaşı var və ona əvvəlki kimi oynamaq asan deyil. Biz layiqli əvəzləyici tapan kimi, ona kömək edəcəyik. Hücumçulara gəlincə, neçə ön xətt oyunçusu ilə oynamağın əhəmiyyəti yoxdu. Əsas kimin qol vurmasıdı. Avropada artıq iki hücumçu ilə oynayan çox az komanda qalıb. İstənilən halda qol vursaydıq, bütün bu söhbətlər olmayacaqdı”.
Vermezoviç “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Partizan” haqda açıqlamasına da münasibətini bildirib: “Əgər bu deyilənlər hamısı düzgün tərcümə olunubsa, onun sözləri kifayət qədər gülməlidi. Bu, eyni zamanda “Partizan” və serb xalqı üçün təhqirdi. “Neftçi”nin hansı oteldə qaldığını bilmirəm. Amma fikrimcə, onlara qarşı heç kim kobudluq etməyib. Biz elə insanlar deyilik. Bəlkə onları oyundan öncə stadionumuzda iki dəfə məşq etməyə buraxmalıydıq? Bununla yanaşı o, “Partizan”la “Crvena Zvezda” arasındakı münasibətdən, Saşa Stamenkoviçlə bağlı mümkün vəziyyətdən də xəbərdar olmalıydı. Hətta hakimlər də potensial problemlərdən xəbərdar idilər. Klubumuzun acınacaqlı durumda olması barədə deyilənlərə söz tapa bilmirəm. Təkrar edirəm: əgər Hacıyevin sözləri düzgün tərcümə olunubsa, o, klubumuzu və serbiyalıları təhqir edib”,
