23 sentyabr 2012 01:04
Yığmamızın üzvü oynamadı, komandası yenə məğlub oldu
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi səfərdə “Kayserispor” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Beləcə, əskişəhərlilər 5 oyuna 3-cü məğlubiyyətinə üzülüb.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin düşərgəsindən zədəli qayıdan müdafiəçi hələ də müalicə olunur.
