23 sentyabr 2012 22:00
Neftçinin rəqiblərindən ikisi qazandı, biri uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə İtaliya, Rusiya və Serbiya çempionatlarında növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri də növbəti görüşlərini məhz bu gün keçiriblər.
Milan “İnter”i A Seriyasının 4-cü turu çərçivəsində evdə “Siena” ilə münasibətlərinə aydınlıq gətirib. Andrea Stramaççoninin komandası bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib. Belə ki, 73 və 90-cı dəqiqələrdə buraxdığı qolla milanlıları xala həsrət qoyub. Hazırda bu komanda 4 oyuna 6 xalla altıncı yerdə gedir.
Rusiyanın “Rubin” klubu 9-cu tur çərçivəsində doğma meydanda “Kuban”la üz-üzə gəlib. Kurban Berdıyevin komandası minimal hesablı qələbəyə sevinib - 1:0. Yeganə qolu qonaqların qapısından 45-ci dəqiqədə Bokketti keçirib. 38-ci dəqiqədə isə kazanlıların türkiyəli legioneri Gökhan Töre qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. "Rubin" hazırda 9 oyundan sonra 15 xalla 7-ci pillədə qərarlaşıb.
Serbiyanın “Partizan” klubu da 6-cı turda qələbəyə sevinib. Maraqlıdı ki, bu komanda da rəqibini doğma meydanda qəbul edib. Belqrad təmsilçisi “Sloboda Point Sevojno” ilə qarşılaşıb və bu komandanı 5 cavabsız qolla yenib. Rəqib qapısından qolları F.Markoviç (20), N.Ninkoviç (39), M.Skepoviç (68 və 90-cı dəqiqələrdə) və İ.İvanov keçiriblər. Bir neçə gün öncə “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşan Vladimir Vermezoviçin yetirmələri 6 oyuna 15 xalla birincidi.
