23 sentyabr 2012 19:52
Braziliya və Uruqvay Bakıda darmadağına üzüldü (YENİLƏNİB)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda 16 ölkə yığması mübarizə aparır.
Bu gün daha iki qrupda oyunlar keçirilib. D qrupu çərçivəsində Uruqvay Çinlə, Qana isə Almaniya ilə üz-üzə gəlib.
C qrupunda isə Braziliya Yaponiya, Meksika Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2012
23 sentyabr
MEKSİKA – YENİ ZELANDİYA - 1:0 (1:0)
Qol: Peres, 35.
Bakı. Bayıl stadionu.
QANA - ALMANİYA - 1:2 (0:2)
Qollar: Ayieyam, 80 - Beyl, 13, Bremer, 20.
Bakı. "Dalğa Arena".
URUQVAY – ÇİN - 0:4 (0:3)
Qollar: Tanq, 23, Zhanq, 34; 41, Lu, 79.
Bakı. “Dalğa Arena”.
BRAZİLİYA – YAPONİYA - 0:5 (0:2)
Qollar: Masuya, 2; 17, Narumiya, 49; 67, Suqita, 63, .
Bakı. Bayıl stadionu.
