23 sentyabr 2012 20:05
Məlikov 90 dəqiqə oynadı, komandası uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 4-cü turu çərçivəsində “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb.
Oyun səfərdə keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdə ən azı 1 xal qazanmağı hədəfləmişdi. Amma onların bu istəyi baş tutmayıb və məğlubiyyətlə üzləşiblər.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Gözlənildiyi kimi, baş məşqçi Engin İpekoğlu ötən oyunda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Həmyerlimiz sona qədər meydanda olub.
Qeyd edək ki, Railin komandası dörd oyuna 6 xalla yeddinci yerdə gedir.
PTT birinci liqası
4-cü tur
23 sentyabr
Tavşanlı Linyitspor - Denizlispor - 4:3 (1:0)
