23 sentyabr 2012 22:35
Millimizin forvardı oynamadı, komandası qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 29-cu turu çərçivəsində “Jurmala” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də liyepayalılar ən azı uduzmamağı hədəfləmişdilər. Amma görüş qonaqlar üçün daha uğurlu alınıb və qələbə qazanıblar - 2:0.
Son oyunlarda bir qədər az forma geyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, onun adı bu görüşdə heç iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, hazırda Liyepaya klubu 28 oyundan sonra 54 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var.
Latviya çempionatı
29-cu tur
23 sentyabr
Jurmala - Metallurg - 0:2
