23 sentyabr 2012 19:08
Emin Quliyev yenidən Xəzər Lənkəranda
"Xəzər Lənləran"ın məşqçilər korpusunu gücləndirmək məqsədilə bu gün Azərbaycan futbol ictimaiyyətinə, xüsusən bu komandanın azarkeşlərinə yaxşı tanış olan Emin Quliyevlə 2 illik müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, o, Yunis Hüseynovun köməkçisi təyin olunub.
Emin Quliyev "Xəzər Lənkəran"da 2005-2009-cu illərdə çıxış edib. Bu komanda ilə birgə o, 2006/2007 mövsümünün Azərbaycan çempionu, həmin mövsüm ölkə kubokunun və 2008-ci ilin Birlik kubokunun qalibi titullarını qazanıb.
Futbolçu karyerası ərzində Emin "Xəzər Lənkəran"dan başqa "Kəpəz", "Liteks" (Bolqarıstan), "Çorno more" (Bolqarıstan), "Neftçi", Alaniya (Rusiya), "Karvan", "Simurq" və "Turan" klublarının şərəfini qoruyub.
O, 2000-ci ildən başlayaraq milli yığma komandamızın üzvü də olub.
