23 sentyabr 2012 19:21
Qəbələ – Rəvan oyunu canlı yayımda
Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Rəvan” oyunu canlı göstəriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Premyer Liqa
24 sentyabr (bazar ertəsi)
“Qəbələ” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabbarov
Qəbələ şəhər stadionu. Saat 17:00 (canlı, “İdman Azərbaycan”)
