23 sentyabr 2012 21:54
“Futbolçularım meydanda əsl mübarizə apardılar”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 6-cı turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Futbolçularım meydanda əsl mübarizə apardılar, sona kimi vuruşdular. Verdiyimiz tapşırıqları sona kimi yerinə yetirməyə çalışdılar. Təəssüf ki, buna nail ola bilmədilər”.
