23 sentyabr 2012 22:16
Qurban Qurbanov: Buna müdafiədə diqqətli oyunla nail olduq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla xeyirlərinə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun oldu, komandada müəyyən psixoloji sıxıntı var idi. O cümlədən də özümdə. Bizim üçün əsas 3 xalı qazanmaq idi, buna müdafiədə diqqətli oyunla nail olduq. Komanda sona kimi mübarizə apardı, oyun intizamını pozmadı. Qol vurmaq üçün imkanlar yaradırdıq. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.
