23 sentyabr 2012 11:25

Georgi Çixradze Simurqun hədəflərini açıqladı

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 6-cı turunun “Kəpəz”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Simurq” yeni mövsümə uğurlu başlayıb. Bunun sirri nədədi?
- “Simurq” hər rəqiblə oyuna xüsusi hazırlaşır. Yaxşı oyun göstərməyə çalışırıq. Klubda əla atmosfer hökm sürür. Bu da uğur qazanmağımıza az kömək etmir. Son oyunda “Xəzər Lənkəran”ı 2:0 hesabıyla məğlub etdik. Halbuki, daha çox qol vura bilərdik. Əks-hücumda oynayıb, ələ düşən imkanlardan lazımınca yararlandıq. Amma çətin oyun oldu. Axı “Xəzər Lənkəran” sıradan rəqib deyil. Rəqib komandanın da qol vəziyyətləri oldu. Hər halda layiqli qələbə qazandığımızı düşünürəm.
 
- Həmin məğlubiyyətdən sonra rəqibin baş məşqçisi Yunis Hüseynov istefa vermək istədiyini bəyan etdi...
- Məşqçi üçün hər məğlubiyyət çox ağırdı. Amma hər şeyi belə erkən etmək olmaz. Məncə, istefaya getmək düzgün addım deyildi.
 
- “Simurq”un bu mövsüm üçün hədəfi nədi?
- “Simurq” nəticəyə oynayır. Komandada hazırlıq üçün az vaxt olmuşdu. Yeni futbolçular komandaya çox gec qoşulmuşdular. Hətta transfer işlərimizi Premyer Liqanın 2-ci turundan sonra tamamladıq. Amma həyata keçirdiyimiz iki toplanış əla komanda formalaşdırmağımıza kömək etdi. Hər şeyə rəğmən, biz mümkün qədər üst pillələrdə qərarlaşmaq istəyirik. “Xəzər Lənkəran”la oyunda da gördünüz ki, biz ancaq nəticəyə oynayırıq.
 
- Belə başa düşdük ki, ilkin hədəfiniz birinci altılıqda yer almaqdı...
- Niyə də yox? Bilirik ki, çətin olacaq. Amma biz bunun üçün mübarizə aparacağıq.
 
- “Simurq”un geridə qalan turlarda cəmi 1 qol buraxması müdafiə xəttinin etibarlılığından xəbər verir?
- Məncə, bu, daha çox intizamlı oyunumuzun nəticəsidi. Hər bir futbolçu öz məsuliyyətini dərk edir. Müdafiəçilərimiz çox yaxşı oynayırlar. Bir-birini yaxşı başa düşürlər. Qapıçı baxımından da problemimiz yoxdu. Ümumiyyətlə, bundan sonrakı oyunlarda da hər şeyin yaxşı olacağını düşünürəm.
 
- Bəs beş turdan sonra liderliyiniz nədən xəbər verir?
- Yüksəkdə olmaq çox rahatdı. Amma bir məqam var ki, bundan sonra rəqiblərimiz bizimlə oyunlara daha ciddi yanaşacaqlar.
 
- “Simurq” bu mövsümün əsas sürprizi ola bilər?
- Hələ nəticə çıxarmaq tezdi. Hadisələri qabaqlamayaq. Bütün komanda çalışır ki, ilk altılığa düşək. Necə olacağını zaman göstərəcək.
 
- Növbəti rəqibiniz barədə nə deyə bilərsiz?
- “Kəpəz”in zəif rəqib olduğunu deməzdim. Mahmud Qurbanovun təyinatından sonra bu komanda daha yaxşı oynamağa başlayıb. Bizə isə arxayınlaşmaq olmaz. Əks halda hər şey çox pis nəticələnə bilər. “Simurq” bu oyunda da qələbəyə oynayacaq. Çalışacağıq ki, xal itirməyək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.