23 sentyabr 2012 11:48
Erik Ramos: Milan İnteri ilə oyunumuz çox maraqlı olacaq
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Serbiya “Partizan”ı ilə görüşdən də danışıb:
“Fikrimcə, biz Belqradda kifayət qədər normal nəticə qazandıq. Avroliqadakı debütümüz uğurlu alındı. Düzdü, biz heç də ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Amma nəticə xatirinə hərdən yaxşı oyundan imtina etməyə dəyər. Növbəti oyunlarda da belə olacaq. Çünki rəqiblərimiz çox güclüdü. Buna baxmayaraq, bizim hələ onlara göstərəcəklərimiz var. Qarşıda bizi Milan “İnter”i ilə çətin oyun gözləyir. Bu komanda Avropanın ən nəhənglərindən biridi. Əminəm ki, çox maraqlı oyun olacaq”.