23 sentyabr 2012 12:04
“Saşa Stamenkoviç oyundan sonra öz “qoçaqlığı”nı nümayiş etdirdi”
Serbiyanın “Partizan” klubunun hücumçusu Aleksandr Mitroviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə görüşdən (0:0) sonra komandamızın qapıçısı Saşa Stamenkoviçlə qalmaqalından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Düzünü deyim ki, bu adam haqqında nə deyəcəyimi bilmirəm. Onun təxribatları hələ oyundan öncəki açıqlamaları ilə başlamışdı. Oyun zamanı isə qeyri-futbol metodları ilə vaxt öldürürdü, qazonda uzanıb qalırdı. Onun qeyri-idman davranışlarına bu qədər əmin deyildim. Oyundan sonra isə o, “qoçaqlığı”nı nümayiş etdirdi. Görünür o, harda olduğunu və etdiklərinin necə reaksiya doğuracağını unutmuşdu. Ümumiyyətlə, bu adamın işlərinə qarışmaq, onun adını çəkmək belə istəmirəm”.