23 sentyabr 2012 00:05
İnter AZAL-ı darmadağın etdi, Qarabağ Tovuzdan 1 xalla döndü
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 6-cı turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
AZAL – “İnter” oyununda qonaqlar 3 qolla 3 xala sahib çıxıblar. “Turan”la “Qarabağ” isə hərəyə iki qol vurduqları görüşdən 1 xalla ayrılıblar.
Turun qalan görüşləri bu gün keçiriləcək.
Əvəzedicilərin çempionatı
6-cı tur
22 sentyabr (şənbə)
AZAL – “İnter” – 0:3
Qollar: Ramil Mansurov, 31;87, Ruslan Cəfərov, 88.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Elxan Müslümov.
Zabrat qəsəbə stadionu.
“Turan” – “Qarabağ” – 2:2
Qollar: Rəşad Piriyev, 17, İlkin Sadıqov, 19 - Fuad Məmmədzadə, 71, Tural İsgəndərov, 80.
Hakimlər: Xəlil Hüseynli, Elman Kərimov, Ruslan Babayev, Yusif Hüseynov
Tovuz şəhər Olimpiya İdman Kompleksinin stadionu.
