24 sentyabr 2012 13:38
“Onun qarşısına ilk altılığa düşmək vəzifəsi qoyulub”
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev komandanın baş məşqçi postunda etdikləri gözlənilməz dəyişikliyə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bəhmən Həsənovu Kemal Alispahiçlə əvəzləmələri ilə bağlı bunları dilə gətirib:
“Biz Cavad Gülərlə yollarımızı ayırandan sonra yeni baş məşqçi axtarışlarına başlamışdıq. Seçimimizi isə Alispahiç üzərində etdik. Çünki o, bizə yaxşı tanış olan və təcrübəli mütəxəssisdi. Alispahiç “Muğan”da çalışarkən də yaxşı nəticələrə imza atmışdı. Amma fərqli səbəblər üzündən yollarımızı ayırmalı olmuşduq. Onunla iki illik müqavilə imzalamışıq. Qarşısına isə ilk altılığa düşmək vəzifəsi qoyulub”.