24 sentyabr 2012 19:55

Simurq liderliyini qorudu, Neftçi və Qəbələ məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Topaz Premyer Liqasının 6-cı turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə üç qarşılaşma baş tutub.
 
Son turda “Kəpəz”ə uduzan “Qəbələ” həmin məğlubiyyətin əvəzini “Rəvan”la oyunda çıxmağı hədəfləmişdi. Amma hər şey fərqli alınıb və qonaqlar yeni mövsümdə ilk qələbələrini qazanıblar.
 
Son çempion “Neftçi” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Görüş nə qədər gözlənilməz olsa da, meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
 
Lider “Simurq” isə “Kəpəz”i qəbul edib. Görüşdə hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıblar.
 
Bu turun “Xəzər Lənkəran” – “Bakı” oyunu isə dekabr ayında keçiriləcək.
 
Topaz Premyer Liqası
6-cı tur
24 sentyabr (bazar ertəsi)
 
SİMURQ - KƏPƏZ - 2:1 (1:1)
Qollar: Şahin Kərimov, 20 (0:1), Stepan Polyak, 26 (1:1), Marçin Burhard, 86 (2:1).
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Bojiçin zərbəsi təhlükəli olsa da, dəqiq alınmır
Meydan sahibləri oyuna nəzarəti tam olaraq ələ alıblar
Amma "Simurq" ərazi üstünlüyünü hesabda nümayiş etdirə bilmir
M.Səttarlı əlverişli vəziyyətdə fərqlənə bilmir
Nə qədər gözlənilməz olsa da, oyunda hesabı "Kəpəz" açır - 0:1
İ.Radoş zədələnir və əvəzlənməli olur
Stepan Polyak hesabı bərabərləşdirir - 1:1
"Kəpəz" tam oyuna nəzarət edən tərəfdi
Meydan sahibləri isə müdafiəyə çəkilib və əks-hücum imkanı axtarır
Petşkeviç komandasını iki dəfə qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra hər iki komanda ehtiyatlı oyunu ilə diqqət çəkir
"Simurq" getdikcə üstünlüyü ələ alır
Polyakın təhlükəli zərbəsi qapıçıda qalır
Qonaqlar artıq tam güclə müdafiə olunurlar
Stoyanoviçin zərbəsini qapıçı tutur
Burhard nəhayət ki, rəqib qapısına yol tapmağı bacarır - 2:1
E.İmaməliyev ikinci sarı vərəqə ilə meydandan qovulur
Matç başa çatdı
 
SİMURQ: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 10. Zdravko Popoviç, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 14. Asif Mirili, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
KƏPƏZ: 1. İvan Radoş, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
 
QƏBƏLƏ – RƏVAN - 1:3 (1:1)
Qollar: X.M.Varea, 23 (0:1), A.Çertoqanov, 37 (1:1), K.Torres, 64 (1:2), N.Qurbanov, 89 (1:3)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Dodonun təhlükəli ötürməsini Mendi dəyərləndirə bilmir
Qurbnovun zərbəsini Koşta tutur
Meydanda bərabər mübarizə gedir
Hodziçin təhlükəli zərbəsi qol gətirmir
Dodonun zərbəsi qapıdan aralı keçir
Varela rəqib müdafiəçilərin kobud səhvini qola çevirir - 0:1
Torresin təhlükəli cərimə zərbəsi qol gətirmir
Oyunda ilk sarı vərəqə Hodziçə göstərilir
Çertoqanov oyundaşının ötürməsini saxlamadan mükəmməl zərbə ilə tora qovuşdurur - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Torres sarı vərəqə ilə cəzalanır
Kərimi qonaqları qoldan xilas edir
"Qəbələ" oyunda üstünlüyü ələ alıb
Kərimi Dodonun zərbəsini son anda kornerə çıxarmaqla komandasını qoldan xilas edir
Torres müdafiəçilərin səhvindən yararlanaraq, keçmiş komandasını qolla cəzalandırır - 1:2
Ü.Abbasov yerini A.Yunanova verir
Hakim kobud oyunla yadda qalan Çertoqanova sarı vərəqə göstərir. Amma o, bunun acığını rəqib futbolçunu vurmaqla çıxdı. Nəticədə hakim onu qırmızı vərəqə ilə meydandan qovdu
Yerli azarkeşlər artıq "istefa" şüarlarnı səsləndirməyə başlayıblar
Varea sarı vərəqə alır
Assisin əvəzində meydana Y.Kamanan çıxır
O.Lalayev sarı vərəqə ilə cəzalanır
"Qəbələ" azarkeşləri "Fatih, çıx get" deyir
N.Qurbanov meydan sahiblərinin qapısından növbəti qolu keçirir - 1:3
Matç başa çatdı
 
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşiyev (k), 22. Lourival Assis Rodriqes, 23. Şəhriyar Xəlilov, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 11. Yannik Kamanan, 26. Daniel Lopes Kruz, 37. Kamal Mirzəyev, 88. Nodar Məmmədov, 99. Amil Yunanov.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 11. Şerif Suma, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Nikolay Orlovski, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov, 28. Amit Quluzadə.
 
SUMQAYIT – NEFTÇİ - 3:2 (1:0)
Qollar: Orxan Əliyev, 12 (1:0), Pərdis Fərcad Azad, 55 (1:1), Xəyal Mustafayev, 56-öz qapısına, (2:1), Nikolas Kanales, 60 (2:2), Murad Ağayev, 74 (3:2)
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
 
Oyun başladı
Hər iki komanda oyuna fəal başlayıb
Orxan Əliyev dəqiq zərbə ilə hesabı açır - 1:0
Seyidovun o qədər də güclü olmayan zərbəsini qapıçı tutur
"Neftçi"nin hücum xəttində oyunu hələ ki, alınmır
Qonaqların qapısı qarşısında növbəti təhlükəli vəziyyət: Balayev son anda topa sahib çıxır
Ağayev komanda yoldaşının ötürməsini inamsız qəbul edir və top Vobayın qarşısına düşür. Amma Julius boş qapını dəqiq nişan ala bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Pərdis Fərcad Azad qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
Xəyal Mustafayev avtoqol müəllifi olmaqla qonaqları sevindirir - 2:1
Nikolas Kanales hesabı bərabərləşdirir - 2:2
Murad Ağayev yenidən meydan sahiblərini hesabda önə keçirir - 3:2
Kanales iki dəfə Ağayevlə üz-üzə qalsa da, bu vəziyyətləri boşa verir
Meydan sahibləri artıq müdafiəyə çəkilib və əks-hücumlara bel bağlayır
R.Sadıqov zədələnir və oyunu tərk etməli olur
Onun əvəzində meydana Rodriqinyo çıxır
Matç başa çatdı
 
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 6. Taner Taktak, 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 25. Aydın Qasımov, 27. Ramil Həşimzadə, 91. Ruslan Qurbanov.
NEFTÇİ: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 7. Rodriqinyo, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev.
 
Turun digər oyunları: AZAL - İnter - 0:0, Turan - Qarabağ - 0:1.
 
1
6
4
2
0
10-2
14
 
2
5
3
2
0
13-5
11
 
3
6
3
2
1
11-8
11
 
4
6
2
3
1
5-4
9
 
5
6
2
1
3
7-9
7
 
6
4
2
0
2
7-5
6
 
7
4
1
3
0
5-3
6
 
8
6
1
3
2
6-8
6
 
9
5
1
2
2
6-5
5
 
10
6
1
1
4
5-10
4
 
11
6
2
1
3
8-15
7
 
12
6
1
0
5
4-13
3
 
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.