24 sentyabr 2012 14:18
Kemal Alespahiç: Rəvanda məni çətin günlər gözləyir
“Rəvan”ın yeni baş məşqçisi Kemal Alespahiç bu posta təyinatı ilə əlaqədar azerisport.az saytının suallarını cavablandırıb.
- Mən vaxtilə “Muğan”da çalışmışdım. O vaxt mənim onlarla yaxşı münasibətlərim var idi. Yeni təklifi alan kimi qəbul etdim. Mən “Rəvan”a kömək etməyə hazıram və bunu istəyirəm. Hələlik noyabrın 1-nə qədər Tacikistan yığmasının baş məşqçisiyəm. Amma nəzərə alsaq ki, aprel ayına qədər bu komandanın oyunu yoxdu, mən “Rəvan”da rahat şəkildə fəaliyyət göstərə bilərəm. Həftənin sonuna kimi gəlməyə çalışacağam.
- Tacikistan tərəfinin narazılıq etməyəcəyinə əminsiniz?
- Bu məsələni onlarla müzakirə etmişəm. Heç bir problem görmədiklərini deyiblər. Yeni klubumda sakit çalışa bilərəm.

- Bəs bu komandadakı işləriniz necə alındı?
- Mən təkcə əsas komandaya yox, həm də gənclərdən ibarət milliyə rəhbərlik edirdim. Bütövlükdə, geridə qalan müddətdə az uğurumuz olmadı. Məndən razı qaldılar.

- Bəs “Rəvan” barədə hansı informasiyanız var?
- Ötən mövsüm bu komanda Sloveniyada təlim-məşq toplanışında idi. O vaxt mən də orda idim və bəzi məlumatlarım var. Başa düşürəm ki, çətin olacaq. Azərbaycan futbolu artırıb. Bizim Avropa Liqasının qrup mərhələsində çıxış edən “Neftçi” kimi rəqibimiz var. Tez bir zamanda komanda ilə tanış olmalıyam və nəticə verməliyəm.

- “Rəvan”ı yeni mövsümdə üzləşdiyi böhrandan necə çıxarmağı planlaşdırırsız?
- İndi heç nə deyə bilmərəm. Amma işə başlayandan sonra nəsə danışmaq olar. Başa düşürəm ki, məni bu komandada çətin günlər gözləyir. Lakin bu, məşqçi işidi. Mən nəyə getdiyimi bilirəm. İnaniram ki, uğur bizimlə olacaq.

- Qarşınıza ilk altılığa düşmək vəzifəsi qoyulub. Bunu mümkün sayırsız?
- Mümkünsüz heç nə yoxdu. Bu gün komanda “Qəbələ” ilə oynayır. Özüm olmasam da, ümid edirəm ki, yeni komandam qələbə qazanacaq.