24 sentyabr 2012 15:15
Simurq braziliyalı futbolçu ilə müqavilə imzaladı (FOTO)
"Simurq" Peşəkar Futbol Klubu daha bir futbolçu ilə heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi braziliyalı müdafiəçi Anderson Oliveyra Almeyda ilə bir illik rəsmi müqavilə imzalayıb.
Təcrübəli futbolçu “sarı-qaralar”ın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq. Qeyd edək ki, Gürcüstan toplanışından komandamıza qoşulan Anderson bu gün "Kəpəz"lə matçda baş məşqçi Georgi Çixradzenin şans verəcəyi halda meydana daxil ola biləcək.
O karyerası ərzində bir çox tanınmış klublarda forma geyinib. Braziliyalının son iş yeri Rumıniyanın "Vasluy" kollektivi olub və burada komandanın gümüş medallar qazanmasında önəmli rol oynayıb. Buna qədər isə Anderson “Vasko de Qama”, “Levadiakos”, “Viktoriya Setubal” kimi məşhur komandaların əsas oyunçularından olub.
