24 sentyabr 2012 15:22
Simurq Kəpəzlə oyuna itkisiz çıxacaq
Bu gün Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Simurq" Gəncənin "Kəpəz" klubunu qonaq edəcək. Azerisport.az xəbər verir ki, saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək matç öncəsi “Simurq” son məşqinə çıxıb.
Hazırlıqları tam heyətlə tamamlayan Zaqatala təmsilçisi son məşqdə isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışıb.
Qeyd edək ki, Gəncə klubuyla 9-cu duel ərəfəsində meydan sahiblərinin müəyyən üstünlüyü var. Doğma arenada "Kəpəz"ə heç vaxt məğlub olmayan “sarı-qaralar” bu qarşılaşmadan da 3 xalla ayrılarsa, turnir cədvəlindəki liderliyini möhkəmləndirəcək.
