24 sentyabr 2012 15:58
UEFA Neftçini cəzalandırdı
UEFA-nın İntizam Komitəsi 17.07.2012 ci il tarixində keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qərara əsasən klubumuz cərimələnib.
UEFA-nın "Neftçi" PFK-ya ünvanladığı məktubda buna səbəb "Zestafoni"-"Neftçi" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcədə fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib. Bundan başqa final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın Ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib.
Nəticədə UEFA-nın İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, klubumuzu 20 000 (iyirmi min) avro məbləğində cərimələyib.
