24 sentyabr 2012 18:22
Rail Məlikov: Rusiya ilə oyuna çağırılmamağıma əsas görmürəm
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov azerisport.az saytının suallarını cavablandırıb.
- Son turda komandanız gərgin mübarizədə “Tavşanlı Linyitspor”a 3:4 hesabıyla uduzdu...
- Səfərdə oynasaq da, yaxşı oyun keçirdik. Biz rəqibimizdən daha güclü idik və qələbə qazana bilərdik. Bir qolu özümüz qapımızdan keçirdik, daha birində qapıçı səhv etdi. 1:3 uduzsaq da, hesabı bərabərləşdirdik. Amma 90+4-cü dəqiqədə gələn penalti komandanı sındırdı. Özü də orda penalti yox idi. Artıq rəhbərlik buna görə etirazını bildirib.
- Buraxılan qollarda sizin səhviniz yox idi?
- Xeyr. Mənim tərəfimdən kobud səhv olmadı. Bu, mənim ikinci oyunum idi. Hələ ki, məndən razıdılar. 3-cü turun oyunundan sonra baş məşqçi mənə təşəkkürünü də bildirmişdi.
- Dörd oyundan sonra altı xalla altıncı yer...
- İndi xal itirmədən zirvədə də ola bilərdik. Amma buraxdığımız səhvlər buna mane oldu. Mövsüm hələ yenicə başlayıb. Hər şey qarşıdadı.
- Növbəti turda “Göztepe” ilə oynayacaqsız...
- İzmir təmsilçisi çempionatın ən güclü komandalarından biridi. Amma mövsümün startı onlarda da yaxşı alınmayıb. Oyunlarını görmüşəm. Ciddi komandadı. Bizi çətin oyun gözləyir.
- Sizi “Denizlispor”un əsas heyət oyunçusu saymaq olar?
- Prinsipcə, mən bura ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Etiraf edirəm ki, burda rəqabət çox güclüdü. Mən stopper mövqeyində oynayıram. Hansı ki, həmin mövqeyə daha altı futbolçu iddialıdı.
- Prinsipcə, mən bura ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Etiraf edirəm ki, burda rəqabət çox güclüdü. Mən stopper mövqeyində oynayıram. Hansı ki, həmin mövqeyə daha altı futbolçu iddialıdı.
- Dənizlidəki həyatınızdan razısız?
- Hər şey məni qane edir. Klub məni mənzillə, maşınla təmin edib. Artıq şəhərdə də tanınmağa başlamışam.
- Hər şey məni qane edir. Klub məni mənzillə, maşınla təmin edib. Artıq şəhərdə də tanınmağa başlamışam.
- Cavid Hüseynovla əlaqə saxlayırsız?
- Bundan əvvəlki turda elə onun oynadığı “Adana Demirspor”la qarşılaşdıq. Bir dəfə onda görmüşəm. Amma hər gün zəngləşirik. Onun da klubdakı işləri yaxşı gedir.
- Bundan əvvəlki turda elə onun oynadığı “Adana Demirspor”la qarşılaşdıq. Bir dəfə onda görmüşəm. Amma hər gün zəngləşirik. Onun da klubdakı işləri yaxşı gedir.
- Oktyabrda Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyuna çıxacaq. Dəvət gözləyirsiz?
- Əgər klubumun heyətində əsas heyətdə çıxış edirəmsə, milliyə çağırılmamağıma heç bir əsas görmürəm. Ümid edirəm ki, dəvət olunacağam.
- Əgər klubumun heyətində əsas heyətdə çıxış edirəmsə, milliyə çağırılmamağıma heç bir əsas görmürəm. Ümid edirəm ki, dəvət olunacağam.
- Keçmiş komandanız “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə startını necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, start kifayət qədər yaxşı alındı. Səfərdə Serbiya “Partizan”ı ilə heç-heçə oynamaq belə bir turnirdə debüt matçı üçün çox uğurlu nəticədi. Qrupdan çıxmağa gəlincə, hər şey komandanın öz əlindədi. Hər şey ola bilər. Amma çətin olacaq.