24 sentyabr 2012 19:05
Xəzər Lənkəran Bakıya üç qol vurub, məğlub oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 6-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir oyun baş tutub.
“Xəzər Lənkəran” doğma meydanda “Bakı” ilə qarşılaşıb. Görüş kifayət qədər maraqlı və məhsuldar alınıb. 7 qolun vurulduğu qarşılaşmada qələbəni qonaqlar bayram ediblər.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Əvəzedicilərin çempionatı
6-cı tur
24 sentyabr
Xəzər Lənkəran – Bakı – 3:4
Qollar: Kazım Kazımlı, 4, Bəhruz Teymurov, 51, Kamran Abdullazadə, 60 - Tural Qürbətov, 15, Namiq Əsgərov, 28, Elşən Rzazadə, 37, Mətin Əbilsoy, 85-pen.
Hakimlər: Anar Göyçayski, Təhmasib İsmayılov, Əli Cəbrayılov, Vurğun Talıbov.
Masazır qəsəbəsi. “Əlincə” stadionu.
1
6
6
0
0
22-6
18
