24 sentyabr 2012 19:19
“Sevinirəm ki, Neftçi ilə matçda qələbə qazandıq”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 3:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq. “Neftçi” Avroliqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalıydıq və bunu bacardıq. Bu nəticədən sonra komandamdan razıyam. 2:0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq”.
