24 sentyabr 2012 19:28
Böyükağa Hacıyev: O, belə davam etsə, yanımda oturacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 6-cı turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi. Emilin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdı. Rəqibin 9 nömrəli futbolçusu yaxşı oynadı (red. – Orxan Əliyev). Futbolçularım rəqibə ciddi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardır, oyun boyu qaçırlar. Bu gün əsas heyətdən üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görə bilmədim. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq”.
