24 sentyabr 2012 19:32
“Gözəl oyun nümayiş etdirdik”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 6-cı turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün “Qəbələ” ilə oyunda xal qazanmaq istəyirdik. Gözəl oyun nümayiş etdirdik, komandamız qalib gəldi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm”.
