24 sentyabr 2012 19:48
“İstədiyimiz qol epizodlarını yarada bilmədik”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 6-cı turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox pis oynadıq. İlk hissədə yaxşı oyun göstərə bilmədik. İstədiyimiz qol epizodlarını yarada bilmədik. İkinci hissədə qalib gəlməyi daha çox istəyirdik, lakin əks-hücumdan qapımızda qol gördük. Oyunun son dəqiqələrində isə qapımızdan daha bir qol buraxdıq və məğlub olduq. Rəqibi qələbə ilə təbrik edirəm”.
