24 sentyabr 2012 21:38
Mahmud Qurbanov: Heç-heçə daha ədalətli nəticə olardı
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 6-cı turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə çatması ədalətli nəticə olardı. Əsasən gənc futbolçularla meydana çıxmışdıq. "Simurq"a gələcək oyunlarda uğurlar arzu edirəm".
