24 sentyabr 2012 21:45
Georgi Çixradze: Bu oyunun çətin keçəcəyini bilirdik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 6-cı turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Mahmud Qurbanov "Kəpəz"in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. "Xəzər Lənkəran" ilə keçən gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu. Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".
