24 sentyabr 2012 21:52
Qəbələ Fatih Kavlak ilə yollarını ayırdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak istefaya göndərilib.
Klub rəhbərliyi “Rəvan”a məğlubiyyətdən (1:3) sonra bu addımı atıöb. Qarşısına çempionluq hədəfi qoyulmuş komandanın 6 turda cəmi 7 xal qazanması rəhbərliyi razı salmayıb.
Komandanın yeni baş məşqçisinin kimliyinə gəlincə, bu qarşıdakı günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, bu, Topaz Premyer Liqasının yeni mövsümündə üçüncü baş məşqçi istefasıdı. Öncə "Rəvan" Cavad Güləri, ardından isə Bəhmən Həsənovu istefaya göndərmişdi.
