24 sentyabr 2012 22:04
Fariz Nəcəfov: Hələ heç bir qərar qəbul etməmişik
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Fatih Kavlakın istefasını şərh edib. Azerisport.az saytına müsahibəsində o, “Rəvan”a məğlubiyyətdən (1:2) istefaya göndərilən türkiyəli mütəxəssisin gedişi ilə bağlı bunları dilə gətirib:
“Biz hələ heç bir qərar qəbul etməmişik. Heç Fatih Kavlakla da danışmamışam. Biz klubdaxili iclas keçirəcəyik. Orda Fatih Kavlak da iştirak edəcək. Hələlik onu kimin əvəzləyəcəyini demək də tezdi. Ola bilsin ki, onu kimsə müvəqqəti əvəzləsin. Konkret nəsə deməyə çətinlik çəkirəm”.

Qeyd edək ki, komandanın yeni baş məşqçisi postuna əsas namizədin Ramiz Məmmədov olduğu bildirilir. Məlumata görə, 2006-2010-cu illərdə “Qəbələ”ni çalışdırmış mütəxəssis yenidən komandanın başına keçəcək. Xəbər hələ ki, nə təsdiq, nə də təkzib olunub.