24 sentyabr 2012 11:08
Rəvan Bəhmən Həsənovu da istefaya göndərib, yeni baş məşqçi gətirdi
“Rəvan”da yenə baş məşqçi dəyişikliyi olub. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanı cari mövsümdə üçüncü mütəxəssisə tapşırıb.
Belə ki, Bəhmən Həsənovu istefaya göndərən “Rəvan” rəhbərliyi Kemal Alispahiçi komandanın baş məşqçisi təyin edib. Vaxtilə “Muğan”a rəhbərlik edən bosniyalı mütəxəssislə iki illik rəsmi müqavilə imzalanıb. Alispahiç bu gün “Qəbələ” ilə oyunda baş məşqçi kimi debüt edəcək.
Qeyd edək ki, Alispahiçin son iş yeri Tacikistan milli komandası olmuşdu. Mövsümə Cavad Gülərlə başlayan “Rəvan” onu Bəhmən Həsənovla əvəzləmişdi.
