25 sentyabr 2012 00:07

Sensasiyalar turu

Futbol üzrə Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 6-cı turun bir oyunu baş tutmasa da, əksər görüşlər keçirildi və bəzi maraqlı nəticələr qeydə alındı.
 
Bəribaşdan qeyd edək ki, “Xəzər Lənkəran”ın bu tur keçirilməli olan görüşü baş tutmadı. Buna səbəb ölkəmizdə keçirilən FİFA U-17 qızlar dünya çempionatı oldu. Sözügedən qarşılaşma dekabr ayında oynanılacaq.
 
Baş tutan oyunlara gəlincə, ilk oyun gününə iki görüş təsadüf etdi. Çempionatın açılış matçında yeni mövsümün sürpriz komandalarından AZAL “İnter”i qəbul etdi. Amma “təyyarəçilər” də ölkəmizdə keçirilən DÇ-2012 ilə əlaqədar “bankirlər”lə doğma meydanında yox, Sumqayıtda üz-üzə gəldi. Son turda “Qarabağ” üzərində darmadağına imza atmaqla özündən söz etdirən Vaqif Sadıqovun komandası eyni aqibəti “İnter”ə də yaşatmaq fikrində idi. Öz növbəsində Kaxaber Tsxadadzenin yetirmələri də bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdilər. Sonda paytaxt klubları xal bölgüsünə razılaşıblar – 0:0.
 
Günün digər oyununda məhz AZAL-a məğlubiyyətdən sonra özünə gəlməyi hədəfləyən “Qarabağ” səfərdə “Turan”la münasibətlərinə aydınlıq gətirdi. Bundan öncə “Bakı”dan xal alan Əsgər Abdullayevin komandası bu dəfə də Ağdam klubunu büdrətmək istəyirdi. Tovuz təmsilçisi buna çox yaxın idi. Amma görüşün sonlarında qonaqlar penalti vurmaq hüququ qazandılar ki, bu, Qurban Qurbanovun komandasını növbəti xal itkisindən xilas etmiş oldu. Beləcə, “Qarabağ” AZAL şokundan az da olsa, ayılmış oldu.
 
Avropa Liqasının qrup mərhələsində iştirak edən “Neftçi” bu tur autsayder “Sumqayıt”ın qonağı oldu. Matçdan əvvəl hər kəs “Neftçi”nin asanlıqla qələbə qazanacağını gözləsə də, “Sumqayıt” bunun əksini sübut etdi. Bernard Raabın komandası ilk 50 dəqiqə ərzində qonaqların qapısına iki cavabsız qol vurmağa nail olmuşdular. Düzdü, “Neftçi” qısa zaman kəsiyində buraxılan qolların əvəzini çıxmağı bacardı. Amma görüşün sonlarında meydan sahibləri daha bir qol vuraraq, heç kimin gözləmədiyi qələbəyə sevindilər. Matçın əlavə vaxtında Emin Mehdiyevin qırmızı vərəqə alması isə “Neftçi”nin 1 xal qazanmaq arzusunun da üstündən xətt çəkmiş oldu. Beləcə, son çempion geridə qoyduğu dördüncü matçda ikinci məğlubiyyətinə üzüldü.
 
Qəbələdə son dövrlər uğursuz çıxış edən “Qəbələ” ilə baş məşqçiləri əlcək kimi dəyişən “Rəvan” üz-üzə gəldi. Bundan bir gün öncə “Rəvan”a yeni baş məşqçi təyin olunduğundan Bəhmən Həsənov bu postda son oyununa çıxmışdı. Mövsümə uğursuz başlayan “Qəbələ” baş məşqçisi Fatih Kavlakın kreslosunu qorumaq üçün mütləq qələbə qazanmalıydı. “Rəvan” isə Bəhmən Həsənovun rəhbərliyi altında son oyununda uğur qazanmaq istəyirdi. Komanda Kemal Alispahiçin rəhbərliyi altına keçmədən öncə son imtahanını verirdi. Oyuna yaxşı başlayan qonaqlar erkən qola seviniblər. Fasilə ərəfəsində meydan sahibləri Aleksandr Çertoqanovun qolu ilə hesabı bərabərləşdirsələr də, ikinci hissədə paytaxt klubunun daha iki qol vurmasına mane ola bilmədilər. 72-ci  dəqiqədə Çertoqanovun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması bu məğlubiyyətdə az rol oynamadı. Bununla da Bəhmən Həsənov son oyununda qələbə qazanmaqla “Rəvan”dan başıuca ayrıldı. Əks düşərgədə isə növbəti məğlubiyyət Fatih Kavlakın istefası ilə nəticələndi. Yeri gəlmişkən qeyd edək ki, bu, “aslanlar”ın yeni mövsümdəki ilk qələbəsi idi.
 
Turun qapanış matçında isə cari mövsümün əsas sürprizi “Simurq” “Kəpəz”i qəbul etdi. Oyunun favoriti “Simurq” olsa da, ilk qol qonaqlardan gəldi. 20-ci dəqiqədə Şahin Kərimov hesabı açdı. 5 dəqiqə sonra Stepan Polyak tarazlığı bərpa etdi. Zaqatala təmsilçisi 85-ci dəqiqədə isə Marçin Burhard “Simurq”un qələbə qolunu vurub. Bununla da “Simurq” 14 xalla bir günlük fasilədən sonra turnir cədvəlinin zirvəsinə qayıtdı. 89-cu dəqiqədə meydandan qovulan Emin İmaməliyev “Kəpəz”in ən azı bir xal arzusunu da gözündə qoydu.
 
Topaz Premyer Liqası
6-cı tur
 
AZAL – İNTER - 0:0 (0:0)
Sarı vərəqələr: Ruslan Tağızadə, 73 (rəqibi əllə tutduğuna görə), Taqim Novruzov, 80 (qeyri-idman hərəkəti), Viktor İbekoyi, 83 (qeyri-idman hərəkəti) - Vladimir Levin, 24 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Abdulla Abatsiyev, 25 (fitdən sonra topa zərbə), Valeri Abramidze, 55 (qeyri-idman hərəkəti), Baçana Tsxadadze, 56 (simulyasiya).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 sentyabr 2012. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (99. Orxan Həsənov, 84), 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 54), 8. Elman Taqayev, 11. Zohair Benuahi (15. Oskar Klyava, 89), 16. Junior Nildo, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 10. Tərlan Xəlilov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov (9. Daniel Genov, 86), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (23. Tales Şütz, 62), 30. Djako Arafat (8. Nizami Hacıyev, 46), 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 7. Ruslan Əmircanov, 25. İbrahima Niasse, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
TURAN - QARABAĞ - 0:1 (0:0)
Qol: R.Sadıqov, 85-pen (0:1)
Sarı vərəqələr: Azər Məmmədov, 22 (qeyri-idman hərəkəti), Ender Günlü, 41 (qeyri-idman hərəkəti), Salif Ballo, 81 (qeyri-idman hərəkəti), Nuqzar Kvirtiya, 85 (qeyri-idman hərəkəti) - Rəşad Sadıqov, 41 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 sentyabr 2012. Tovuz. Şəhər stadionu. 2000 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (9. Murad Ağakişiyev, 41), 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü (11. Qoqi Pipia, 86), 21. Antonio Rukavina, 22. Salif Ballo, 24. Ruslan Zubkov (23. İrakli Beraya, 90+2), 25. Nuqzar Kvirtiya, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 5. Fərid Quliyev, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri.
Baş məşqçi: Əsgər Abdullayev.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov  (33. Mustafa Mohamed, 61), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (10. Muarem Muarem, 86), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (22. Əfran İsmayılov, 69).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
 
SUMQAYIT – NEFTÇİ - 3:2 (1:0)
Qollar: Orxan Əliyev, 12 (1:0), Pərdis Fərcad Azad, 49 (1:1), Xəyal Mustafayev, 51-öz qapısına, (2:1), Nikolas Kanales, 56 (2:2), Murad Ağayev, 73 (3:2)
Sarı vərəqələr: Taner Taktak, 58 (qeyri-idman hərəkəti), Ruslan Qurbanov, 69 (qeyri-idman hərəkəti), Pərdis Fərcad-Azad, 80 (qeyri-idman hərəkəti), Uğur Pamuk, 88 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 16 (kobud oyun), Tərlan Quliyev, 68 (qeyri-idman hərəkəti), Erik Ramos, 82 (kobud oyun), Rodriqinyo, 90+2 (kobud oyun).
Qırmızı vərəqə: Emin Mehdiyev, 90+1 (bilərəkdən ayağa zərbə).
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
24 sentyabr 2012. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 3000 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 6. Taner Taktak, 7. Pərdis Fərcad-Azad (17. Emin Cəfərquliyev, 80), 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov (91. Ruslan Qurbanov, 59), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk (27. Ramil Həşimzadə, 90+1), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev , 25. Aydın Qasımov.
Baş məşqçi: Bernard Raab.
Neftçi: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (7. Rodriqinyo, 80), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales , 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (28. Emin Mehdiyev, 65), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 21. Kamil Nurəhmədov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
QƏBƏLƏ – RƏVAN - 1:3 (1:1)
Qollar: X.M.Varela, 23 (0:1), A.Çertoqanov, 37 (1:1), K.Torres, 64 (1:2), N.Qurbanov, 90+1 (1:3)
Sarı vərəqələr:  Aleksandr Çertoqanov, 72 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), 72 (bilərəkdən rəqibi əllə vurduğuna görə) - Ekrem Hodziç, 33 (qeyri-idman hərəkəti), Kristian Torres, 50 (qeyri-idman hərəkəti), Xuan Varela, 76 (qeyri-idman hərəkəti), Orxan Lalayev, 78 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 72 (bilərəkdən rəqibi əllə vurduğuna görə).
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
24 sentyabr 2012. Qəbələ. Şəhər stadionu. 1200 tamaşaçı.
Qəbələ: 25. Dieqo Silva Kosta, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşıyev (k), 22. Lorival Assis Rodriqes (11. Yannik Kamanan, 77), 23. Şəhriyar Xəlilov, 34. Ürfan Abbasov (99. Amil Yunanov, 70), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 26. Daniel Lopes Kruz, 37. Kamal Mirzəyev, 88. Nodar Məmmədov.
Baş məşqçi: Fatih Kavlak.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 11. Şerif Suma, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov (22. Tofiq Mikayılov, 79), 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres (13. Şəhriyar Rəhimov, 90+1), 26. Fransis Bosman (28. Amid Quluzadə, 85), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Nikolay Orlovski, 10. Nemanya Vidakoviç, 19. Hüseyn Axundov.
Baş məşqçi: Bəhmən Həsənov.
 
SİMURQ - KƏPƏZ - 2:1 (1:1)
Qollar: Şahin Kərimov, 20 (0:1), Stepan Polyak, 25 (1:1), Marçin Burhard, 85 (2:1).
Sarı vərəqələr: Rasim Ramaldanov, 73 (qeyri-idman hərəkəti), Dilaver Zrnanoviç, 88 (qeyri-idman hərəkəti) - Emin İmaməliyev, 6 (hakimin qərarına etiraz); 89 (bilərəkdən əl ilə oyun), Məhərrəm Hüseynov, 33 (qeyri-idman hərəkəti), Bəxtiyar Soltanov, 53 (qeyri-idman hərəkəti), Şahin Kərimov, 58 (qeyri-idman hərəkəti), Ziyabil Məmmədov, 75 (qeyri-idman hərəkəti), Asani Bujamin, 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Emin İmaməliyev, 89 (bilərəkdən əl ilə oyun).
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
24 sentyabr 2012. Zaqatala. Şəhər stadionu. 2000 tamaşaçı.
Simurq: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 8. Qərib İbrahimov (6. Anderson Olivyera, 77), 9. Marçin Burhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak (79. Nenad Stoyanoviç, 63), 10. Zdravko Popoviç, 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 82), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 14. Asif Mirili , 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
Kəpəz: 1. İvan Radoş (16. Xəyal Zeynalov, 31), 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (11. Ziyabil Məmmədov, 62), 30. Yuri Fomenko (8. Elvin Həsənəliyev, 80), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 2. Nicat Məmmədov, 7. Pərvin Paşayev, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
 
Komandalar O Q H M T/F X
Simurq 6 4 2 0 10-2 14
AZAL 5 3 2 0 13-5 11
Qarabağ 6 3 2 1 11-8 11
İnter 6 2 3 1 5-4 9
Qəbələ 6 2 1 3 7-9 7
Sumqayıt 6 2 1 3 8-15 7
Neftçi 4 2 0 2 7-6 6
Bakı 4 1 3 0 5-3 6
Rəvan 6 1 3 2 6-8 6
XL 5 1 2 2 6-5 5
Turan 6 1 1 4 5-10 4
Kəpəz 6 1 0 5 4-13 3
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.