24 sentyabr 2012 12:19
Rəvanı Qəbələ ilə oyuna da Bəhmən Həsənov çıxaracaq
Xəbər verdiyimiz kimi, “Rəvan”da yenə baş məşqçi dəyişikliyi olub. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanı cari mövsümdə üçüncü mütəxəssisə tapşırıb.
Belə ki, Bəhmən Həsənovu istefaya göndərən “Rəvan” rəhbərliyi Kemal Alispahiçi komandanın baş məşqçisi təyin edib. Vaxtilə “Muğan”a rəhbərlik edən bosniyalı mütəxəssislə iki illik rəsmi müqavilə imzalanıb.
Lakin Alispahiç bu gün “Qəbələ” ilə oyunda baş məşqçi kimi debüt edə bilməyəcək. Buna onun hələ də viza ala bilməməsi səbəb göstərilir. Bu üzdən də “aslanlar”ı meydana yenə Bəhmən Həsənov çıxaracaq.
