24 sentyabr 2012 12:34
İspaniya futbolunda şok olay!
Ötən gecə keçirilməli olan İspaniya La Liqasının “Rayo Vallecano” – “Real” matçı baş tutmayıb. Azerisport.az xəbər verir ki, buna səbəb işıqlandırma problemi olub.
Belə ki, matçın baş hakimi Fernandes Borbalan qarşılaşmadan 30 dəqiqə əvvəl işıqlandırmanın yetərsiz olduğunu və matçın bu şərtlər altında keçirilməsinin mümkün olmadığını bildirib. İspaniya Futbol Federasiyası stadion və klub rəhbərliyinə 30 dəqiqə vaxt versə də, vəziyyət düzəlməyib. Bu səbəbdən qarşılaşma təxirə salınıb.
“Rayo Vallecano”nun prezidenti Raul Martin işıqlandırma sistemindəki problem üçün azarkeş qrupunu hədəf göstərib və təxribatdan şübhələndiyini bildirib.
İspanifa Futbol Federasiyası yerli polis təşkilatı ilə birlikdə araşdırmalara başlayıb. Oyun isə bu gün Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub.
