24 sentyabr 2012 00:25

Berti Foqts: Azərbaycanda futbolçular gündə iki dəfə məşq etmək istəmirlər

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində almaniyalı və azərbaycanlı futbolçular arasında müqayisələr aparıb, son illər ərzindəki dəyişikliklərdən danışıb, digər maraqlı məqamlara toxunub. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:

- Artıq 2008-ci ildən bəri Azərbaycan yığmasını çalışdırırsız. Bu illər ərzində sözügedən ölkə futbolunda nə dəyişib?
- Son 4-5 ildə futbol bu ölkədə diqqətçəkən dərəcədə inkişaf edib. Artıq balacaq uşaqlar, qızlar da futbola gedirlər. Hətta 12 yaşlı uşaqlara məktəblərdə futbol dərsləri keçirilir. Amma bütün bunlara baxmayaraq, hələ də Azərbaycanda əsas idman növləri güləş və ağır atletikadı. Həmçinin şahmatda da geri qalmırlar.
 
- Şəxsən siz hansı dəyişiklikləri qeyd edə bilərsiz?
- Məsələn, daxili turnirlərdə hər komanda ən azı dörd yerli futbolçunun xidmətindən yararlanmağa məcburdu. Amma əvvəllər az qala bütün heyəti əcnəbilərdən ibarət olan komandalar mövcud idi. Dörd yerli futbolçudan biri isə mütləq 21 yaşadək olmalıdı. Yerli futbolçular o qədər gücləniblər ki, artıq klublar avrokuboklarda da ən azı 3-4 azərbaycanlı oyunçunun xidmətindən asanlıqla yararlana bilir. Halbuki, qitə miqyaslı yarışlarda limit qoyulmur.
 
- Azərbaycanlı futbolçularla almaniyalı həmkarlarının mentalitetində fərq nə dərəcədə böyükdü?
- Burda oyunçular gündə iki dəfə məşq etmək istəmirlər. Bir dəfə mən müqayisə apardım və hesabladım. İki il öncə Dortmund “Borussia”sı Ağdamın “Qarabağ” klubu ilə qarşılaşdı. Həmin iki oyun arasında dortmundlular Bundesliqada da matça çıxdılar. Amma ağdamlıların çempionat oyunu təxirə salındı. Eyni zamanda “Borussia” iki oyun arasında 14 dəfə məşqə çıxdı, “Qarabağ” isə beş.
 
- Daha hansı fərqlər var?
- Onlar meydanda bir-birinə çox nadir hallarda irad tuturlar. Halbuki, bunu etmək lazımdı.
 
- İnfrastruktur baxımından vəziyyət nə yerdədi?
- Hər klubun məşq meydançası var. Amma mən ora gedəndə belə deyildi. Bir neçə il öncə eyni komandalar bir stadionda həm məşq edir, həm də oyun keçirirdilər. Klubların futbol akademiyaları var. Amma uşaqlar futbola həddən artıq gec gəlirlər. Halbuki, bunu bir qədər tez etmək lazımdı.
 
- Qızlar arasında U-17 dünya çempionatını keçirmək Azərbaycan üçün nə dərəcədə vacibdi?
- Ümid edirəm ki, bu çempionat ölkədə futbolun populyarlaşmasında böyük rol oynayacaq. Məhz bu çempionatla əlaqədar altı balaca və gözəl stadion inşa edildi. DÇ həmçinin ölkənin reklamı baxımından da mühüm əhəmiyyət kəsb edir. Axı Azərbaycan Gürcüstanla birgə AÇ-2020-nin də ev sahibliyinə iddialıdı.
 
- Almaniya yığmasının baş məşqçisi olmaq istəmirsiz?
- Xeyr. Ola bilər ki, məsləhətçi və ya idman direktoru kimi çalışaram. Amma baş məşqçi olmaq mənlik deyil. Ayda 14 gün Azərbaycanda oluram. Qalan müddət ərzində isə evdə oluram və sevimdi “Borussia”mın (Münhenqladbax) oyunlarını izləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.