25 sentyabr 2012 01:02

İtaliya futbolunda qalmaqala səbəb olan oyunla bağlı yekun qərar verildi

Xəbər verdiyimiz kimi, futbol üzrə İtaliya A Seriyasında bir oyunla bağlı qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, 4-cü tur çərçivəsində keçirilməli olan “Cagliari” – “Roma” görüşü baş tutmayıb.

Görüşün bazar günü Bakı vaxtı ilə saat 18:00-da Sardiniyada keçirilməsi planlaşdırılırdı. Paytaxtın eyniadlı təmsilçisi hətta bu qarşılaşmada iştirak etmək üçün oyundan bir gün öncə səfərə də yollanmışdı. Amma son anda Kalyari prefekturası bu qarşılaşmanın nəzərdə tutulan stadionda keçirilməsinə icazə verməyib. Buna isə “Cagliari” prezidentinin klubun rəsmi saytı vasitəsilə bütün azarkeşləri sözügedən oyuna dəvət etməsi səbəb olub. Halbuki, həmin arenada hazırda təmir işləri gedir və bu üzdən qarşılaşmanın azarkeşsiz keçirilməsi barədə rəsmi qərar çıxarılmışdı. Amma klub prezidentinin gözlənilməz açıqlaması sözügedən bölgə rəhbərliyinin də sərt qərar çıxarması ilə nəticələnib. Onlar azarkeşlərin stadiona buraxılmayacaqları təqdirdə çaxnaşma yaradacaqlarını nəzərə alaraq, ümumiyyətlə burda oyun keçirilməsinə imkan verməyiblər.
 
Səfərə də gedən, lakin belə gözlənilməz olaylarla üzləşən “Roma” rəhbərliyi isə dərhal baş verənlərə görə müvafiq qurumların hesabat verməsini tələb edirdi. Romalılar həmçinin “Cagliari”nin texniki məğlubiyyətlə cəzalandırılmasını da istəyirdilər. Çünki A Seriyasının nizamnaməsində də oxşar olaylarla bağlı belə bir qərarın çıxarılmasına dair bənd vardı. Sonda təşkilat komitəsi məhz belə bir qərar çıxarıb. “Cagliari” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. Beləcə, “Roma” oynamadan 3 xala sahib çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.