25 sentyabr 2012 13:25

Massimo Moratti: İnter böhrandadı

İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti rəhbərlik etdiyi komandanın hazırkı durumu barədə danışıb. Azerisport.az Milan təmsilçisinin rəhbəri açıqlamasında bunları dilə gətirib:
 
“Hazırda nə “İnter”, nə də “Milan” superkomanda sayıla bilər. Hətta biz nəticələrimizin daha yaxşı olmasını arzulasaq da, reallıq başqadı. Təəssüf ki, biz artıq özümüzə 20 000 000 avroya futbolçu ala bilmərik”.
 
Qeyd edək ki, bu komandanın son dövrlərdəki nəticələri də ürəkaçan deyil. Məsələn, A Seriyasının son turunda autsayderlər qrupunda qərarlaşan “Siena” ilə ev oyununda “İnter”in qələbə qazanacağına bəlkə heç qonaq futbolçular da şübhə etmirdilər. Amma sonda məhz qonaqlar 2:0 hesabıyla qalib gəldilər.
 
Milanlıları qarşıda da çətin təqvim gözləyir. 8 gün ərzində bu komanda səfərdə “Chievo”nun qonağı olacaq, evdə “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirəcək. Sonda isə milanlıları Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakı səfəri – “Neftçi” ilə oyun gözləyir.
 
İtaliya mətbuatının yazdığına görə, “neradzurra”nın çalışdırıcısı Andrea Stramaççoninin qarşısına hər üç oyunda qələbə qazanmaq vəzifəsi qoyulub. Əks halda o, postu ilə vidalaşmalı olacaq.
 
Lakin maraqlıdı ki, hər şeyə rəğmən, Moratti məhz baş məşqçiyə tam güvəndiyini bəyan edir: “Mən gənc baş məşqçimizə tam inanıram. Biz onunla uğur qazana bilərik. Bizim növbəti hədəfimiz “Chievo” ilə oyunda qələbə qazanmaqdı”.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.