25 sentyabr 2012 14:03
Qarabağın Simurqla oyununun yeri dəyişdirildi
“Qarabağ” “Simurq”la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, sentybarın 29-da Premyer Liqanın 7-ci turu çərçivəsində lider “Simurq”un qonağı olacaq ağdamlılar günü 1 məşqlə keçirib.
Komandanın tək çalışması “Sərin”`in idman kompleksində baş tutub. “Qarabağ” cümə gününə kimi Bakıda çalışıb, ardınca Zaqatalaya yollanacaq.
Xatırladaq ki, təqvimə əsasən bu oyuna “Qarabağ” ev sahibliyi etməliydi. Lakin Azərbaycanda keçirilən 17 yaşlı qızların dünya çempionatı ilə əlaqədar olaraq “Simurq”la razılaşma əsasında yerlər dəyişdirilib. Belə də noyabrın 18-nə təyin olunmuş cavab görüşünə “Qarabağ” ev sahibliyi edəcək.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” görüşü sentybarın 29-da keçiriləcək və saat 18:00-da başlayacaq.
