25 sentyabr 2012 12:43

Qəbələ Beşiktaşla sülh bağladı (FOTOREPORTAJ)

Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünə U-16-nın İstanbul səfəri ilə start verib. Azerisport.az xəbər verir ki, səfərin ilk günündə komandamız İstanbulda yerləşən Heydər Əliyev Parkını ziyarət edib. Daha sonra Beşiktaş İnönü Stadionunda olan “Qəbələ” kollektivi arena ilə yaxından tanış olub.
 
Günün ikinci yarısında isə komandamız Fulya Təsislərində ilk yoxlama oyununu keçirib. “Beşiktaş”lı həmyaşıdları ilə üz-üzə gələn təmsilçimiz qələbəni son anda əldən verib. Oyuna sürətli başlayan “Qəbələ” ilk hissə ərzində bir neçə real qol imkanı yaratsa da, bunların yalnız birini dəyərləndirə bilib. Matçın 30-cu dəqiqəsində Bəhlul Mustafazadənin ara ötürməsindən sonra Romal Hüseynov rəqib qapısına yol tapıb.
 
İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıblar. Təzyiqi artıran istanbullular müdafiəçilərimizin ani diqqətsizliyindən yararlanaraq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 52-ci dəqiqəsində “Qələbə” yenidən hesabı öz xeyrinə dəyişib. Fərid Əsədli rəqib müdafiəçidən topu “oğurlayaraq” komandasını irəli çıxarıb. Görüşün qalan dəqiqələrində əsasən əks-hücumlara üstünlük verən “Qəbələ” bir neçə təhlükəli epizod yaratsa da, son anda qeyri-dəqiqlik hesab arasındakı fərqin artmasına imkan verməyib. Əvəzində matça əlavə olunmuş son dəqiqədə komandamız qapısında qol görüb. İstanbul təmsilçisi cərimə zərbəsindən status-kvonu bərpa edib. Beləliklə, “Qəbələ” qardaş ölkədə keçirdiyi ilk oyundan sülhlə ayrılıb – 2:2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.