25 sentyabr 2012 15:01

Yığmamızın qənimi: Hələ ki, hər şey yaxşı gedir

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startından bir neçə gün öncə FIFA.com saytına müsahibəsində Kolumbiya komandasının məşqçisi Felipe Taborda komandasında əsas aparıcı oyunçusunun kim olduğunu açıqlamışdı: "Dayana Kastillo bu çempionata ən yaxşı fiziki formasında başlayacaq və vuracağı qolları ilə onun bu Dünya Çempionatında mühüm rol oynacağına əminəm".
 
Kastillo məşqçinin onun haqqında dediklərini çempionatın açılış oyununda 20 dəqiqə ərzində iki qol vurmaqla "Las Cafeteraslar"-ı ev sahibi Azərbaycan üzərində 4-0 hesablı qələbəyə daşımaqla sübüt etdi, Qabriela Moldonado və Laura Aqveyerin vurduğu digər iki qol isə Cənubi Amerikalıların çempionata möhtəşəm start verməsinə səbəb oldu.
 
A qrupunda Azərbaycan komandasının "autsayder" hesab edilməsinə baxmayaraq, açılış oyunları, xüsusilə də ev sahibləri təxminən 30.000 azarkeşlə dolu bir stadionda oynadıqda, həmişə təhlükəli olur. Bununla belə final fitindən sonra Dayananın FIFA.com vebsaytına verdiyi müsahibədə qeyd etdiyinə görə Kolumbiyalılar qrupun outsayderinə qarşı oyunda topa yiyələnmə və komanda oyunu üzərində qurulmuş məşqçinin oyun planına uyğun oynamışlar və ilk tapşırıqlarının öhdəsindən layiqincə gəlmişlər.
 
"Hər şeydən əvvəl qeyd etməliyəm ki, biz bir az həyəcanlı idik və stadiondakı azarkeşlərdən də azacıq çəkinmişdik," deyə o, etiraf edir. "Lakin xöşbəxtlikdən biz bunların öhdəsindən gəlməyi bacardıq və sonda üç xalı əldə etdik."
 
Şənbə günü FIFA U-17 qadınlararası dünya çempionatı oyunlarında Kolumbiyanın qazandığı ilk qələbə onlara, ilk oyunlarında heç-heçə etmiş və bununla da Tabordanın komandasının qrupun ilk pilləsində qalmasına səbəb olmuş Nigeriya və Kanada ilə qarşıda keçiricəkləri oyunlar üçün xeyli özünə-inam təmin edəcəkdir.
Oyuna başlamazdan əvvəl bildirmişdim ki, bu oyunda iki qol vurmaq istəyirəm və sonda buna nail oldum
 
Erkən uğur əldə etdikdən sonra məqsədyönlü Kastillo və onun komanda yoldaşları daha böyük nailiyyətlər üçün alışıb-yanırlar: "Biz daha da irəliləmək və daha böyük nailiyyətlər əldə etmək istəyirik. Təbii ki, biz ikinci mərhələyə çıxmaq istəyirik, və şəxsən mənə gəldikdə isə mən dünya çempionluğu arzusundayam".
 
O sonra ölkəsindəki azarkeşlərə üzünü tutaraq onlara ismarıc göndərdi: "Azarkeşlərimiz qoy yaddan çıxarmasınlar ki, biz bütün bunları onlar üçün edirik və biz dünya çempionları olmaq üçün əlimizdən gələn hər bir şeyi edəcəyik."
 
Lakin bütün bunlardan əvvəl ambisiyalı Kolumbiyalılar ilk öncə çərşənbə axşamı Kanada ilə qarşılaşmalıdırlar. Növbəti üç xal "Las Cafeteras"ları növbəti mərhələyə çıxara bilər və kapitan Kastillo buna necə nail ola biləcəklərini bildiyini qeyd edib:
 
"Nigeriyaya qarşı oyunlarından müşahidə etdiyimə görə onlar uzun hava ötürmələri ilə açıq oyun oynayırlar. Ən vacib faktor oyuna nəzarət edə bilməyimiz üçün topu onlardan almaq olacaq. Bu heç də asan olmayacaq, çünki onlar bu turnirə çox yaxşı hazırlaşıblar".
 
Builki Pan-Amerika ölkələri üzrə turnirdə U-20 Kolumbiya komandasının üzvü olmuş Kastillo yalnız 16 yaşında olmasına baxmayaraq, bu yaş qrupundakı bir çox digər oyunçulardan bir az daha çox oyun təcrübəsinə malikdir və bu faktor Kanadalılarla oyunda həlledici məqam ola bilər.
 
Onun liderlik keyfiyyətlərinə gəldikdə, Kastillonun qol vurmaq bacarığı həmçinin, Kolumbiyanın qələbə qazanmaq ümidləri üçün həlledici ola bilər. Cənubi Amerika ölkələri üzrə təsnifat mərhələsində komandasının dörd qoluna imza atmaqla o, Azərbaycanla oyunda meydanda nəyə qadir ola biləcəyini nümayiş etdirdi və həm onun məşqçisi, eləcə də onun komanda yoldaşları Azərbaycandakı turnirdə də onun bu uğurlarını davam etdirə biləcəyinə tamamilə əmindirlər.
 
Barselona klubunun və Andres İniyestanın azarkeşi olduğunu etiraf etməklə  futbol ulduzu gülümsəyərək Azərbaycana gəlməmişdən əvvəl qarşısına qoyduğu hədəfləri barədə bölüşdü: "Mən hər oyunda iki qol vurmaq istəyimi oyundan əvvəl hamıya söyləmişdim və hələ ki, hər şey plana uyğun gedir".
 
Bu məqsədinə turnirin sonunadək nail olarsa, o, turniri 12 qolla başa vurmuş olacaq və FIFA U-17 qadınlararası dünya çempionatının kubokunu başa üzərinə qaldıracaq. Bununla belə, Kolumbiyanın zəfər qazanması yolunda ilk öncə kanadalılarla həlledici oyunu vardır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.