25 sentyabr 2012 15:46
Premyer Liqamızın təqvimi dəyişə-dəyişə gedir
U-17 qızlar arasında Dünya Çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Topaz Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, dəyişikliyə əsasən 7-ci turun görüşləri aşağıdakı qaydada keçiriləcək:
1. Topaz Premyer Liqasının VII turunun "Qarabağ" - "Simurq" qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Simurq" - "Qarabağ", ikinci dövrənin oyunu isə "Qarabağ" - "Simurq" kimi qeydə alınır.
2. Topaz Premyer Liqasının VII turunun "Xəzər Lənkəran" - "Turan" oyunu sentyabrın 29-da Tovuz şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Turan" - "Xəzər Lənkəran", ikinci dövrənin oyunu "Xəzər Lənkəran" - "Turan" kimi qeydə alınır.
3. Topaz Premyer Liqasının VII turunun "İnter" - "Neftçi" qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
4. Topaz Premyer Liqasının VII turunun "Rəvan" - "Kəpəz" oyunu 29 sentyabr tarixindən 30 sentyabr tarixinə keçirilir. Bu səbəbdən Topaz Premyer Liqasının VIII turun "Kəpəz" - "Qarabağ" oyunu 3 oktyabr tarixindən 4 oktyabr tarixinə keçirilir.
