25 sentyabr 2012 16:02
Bakının futbolçusu Syerra-Leone yığmasında
"Bakı" futbol klubunun yarımmüdafiəçisi İbrahim Kargbo milli yığmaya dəvət alıb. Azerisport.az xəbər verir ki, Syerra-Leone milli komandaının məşqçilər heyəti İbrahimi Afrika çempionatı çərçivəsində Tunis yığmasına qarşı oyuna hazırlıq mərhələsində komandanın düşərgəsində görmək istəyirlər.
Bu barədə rəsmi müraciət klubun ünvanına daxil olub.
Haqqında söhbət gedən oyun 13 oktyabr 2012-ci il tarixində Tunisdə baş tutacaq. Qeyd edək ki, Syerra-Leone və Tunis milliləri arasında keçirilən ilk oyun heç-heçə (2:2) yekunlaşıb.
