25 sentyabr 2012 16:58
Birinci divizion: 4-cü turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 4-сü turun oyunları 29-30 sentyabr tarixlərində keçiriləcək. Azerisport.az növbəti turun oyun cədvəli ilə sizi də tanış edir.
Qeyd edək ki, ilk oyun günündə iki görüş baş tutacaq. “Tərəqqi” “Bakılı”nı, “Şahdağ” isə “Energetik”i qəbul edəcək.
Son gündə isə “Neftçala” “Ağsu”, “Şəmkir” “Şuşa”, “Göyəzən” də “Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətirəcək.
Bütün oyunlar saat 16:00-da başlayacaq.
Birinci divizion
4-cü tur
29 sentyabr (şənbə)
“Tərəqqi” – “Bakılı”
Gəncə şəhər stadionu
“Şahdağ” – “Energetik”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
30 sentyabr (bazar)
“Neftçala” – “Ağsu”
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
“Şəmkir” – “Şuşa”
Şəmkir şəhər OİK stadionu
“Göyəzən” – “Qaradağ Lökbatan”
Qazax şəhər stadionu
