25 sentyabr 2012 17:09
İnterlə Neftçi başlayacaq, Kəpəzlə Rəvan qapayacaq
Futbol üzrə Topaz Premyer Liqasında 7-ci turun proqramı açıqlanıb. Azerisport.az növbəti turun oyun cədvəli ilə sizi də tanış edir.
Turun açılış matçında “İnter”lə “Neftçi” üz-üzə gələcək. Şənbə günü “Turan” “Xəzər Lənkəran”ı, “Simurq” “Qarabağ”ı, “Qəbələ” AZAL-ı qəbul edəcək.
Nəhayət son oyun günündə “Sumqayıt” “Bakı”, “Rəvan” isə “Kəpəz”lə qarşılaşacaq.
Topaz Premyer Liqası
7-ci tur
28 sentyabr (cümə)
“İnter” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
29 sentyabr (şənbə)
“Turan” – “Xəzər Lənkəran”
Tovuz şəhər stadionu. Saat 16:00
“Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu. Saat 18:00
“Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu. Saat 16:00
30 sentyabr (bazar)
“Sumqayıt” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
“Rəvan” – “Kəpəz”
Bayıl Arena. Saat 20:00
