25 sentyabr 2012 17:16
7-ci turun proqramı bəlli oldu
Futbol üzrə Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 7-ci turun proqramı açıqlanıb. Azerisport.az növbəti turun oyun cədvəli ilə sizi də tanış edir.
Turun açılış matçında “İnter”lə “Neftçi” üz-üzə gələcək. Cümə günü “Turan” “Xəzər Lənkəran”ı, “Simurq” “Qarabağ”ı, “Qəbələ” AZAL-ı qəbul edəcək.
Nəhayət son oyun günündə “Sumqayıt” “Bakı”, “Rəvan” isə “Kəpəz”lə qarşılaşacaq.
Qeyd edək ki, turun bütün oyunları saat 16:00-da başlayacaq.
Əvəzedicilərin çempionatı
7-ci tur
27 sentyabr (cümə axşamı)
“İnter” – “Neftçi”
Zabrat qəsəbə stadionu
28 sentyabr (cümə)
“Turan” – “Xəzər Lənkəran”
Tovuz şəhər OİK stadionu
“Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu
“Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu, ehtiyat meydança
29 sentyabr (şənbə)
“Sumqayıt” – “Bakı”
Masazır qəsəbəsi, “Əlincə” stadionu
“Rəvan” – “Kəpəz”
Buzovna qəsəbə stadionu
