25 sentyabr 2012 17:38
Ramiz Məmmədov: İndidən heç nəyə söz verə bilmərəm
“Qəbələ”nin yeni baş məşqçisi Ramiz Məmmədov yenidən köhnə klubuna qayıtması ilə əlaqədar azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ”ni artıq ilk məşqə çıxarmısız. Təəssüratlarınız?
- Mən həmişə komandayla birgəydim, oyunçuların necə yaşadığını bilirdim. Ona görə də uyğunlaşmaq üçün mənə vaxt lazım deyil. Qısa zaman kəsiyində futbolçulara alışacağam. İlk məşq çox uğurlu keçdi. Hətta onlarla bir qədər zarafatlaşdım ki, üzərlərində təzyiq hiss etməsinlər. Məşqlərdə daha yaxşı çalışmalıyıq ki, oyunlarda da bunun bəhrəsini görək.
- Vaxtilə “Qəbələ”ni ilk altılığa çıxarsaz da, sizdən sonra gələn Toni Adamsla Fatih Kavlak buna nail ola bilmədi...
- Həmkarlarımın işini şərh etmək istəmirəm. Onlara burdakı işlərinə görə təşəkkürümü bildirirəm. Hər şeyi zaman göstərəcək. Bir qədər gözləmək lazımdı. İndidən heç nəyə söz verə bilmərəm. İlk altılığa düşməyi hamı istəyir.
- Sizcə, əcnəbi mütəxəssislərdə Azərbaycanda çalışmaq niyə alınmır?
- Bu suala onlar özləri daha yaxşı cavab verə bilərlər. Mən əminəm ki, həm Adams, həm də Kavlak “Qəbələ” üçün hər şeyin daha yaxşı olmasını istəyirdi. Amma belə alındı. Uşaqların böyük potensialı var. Ondan istifadə etmək lazımdı. Bircə “Rəvan”a məğlubiyyətə görə komandanın üzərindən xətt çəkmək olmaz.

- “Qəbələ”nin qarşısına hansı vəzifə qoyulub?
- Bu gün Azərbaycanda zəif komanda yoxdu. Demək olar ki, hamısı eyni səviyyədədi. “Rəvan” “Qəbələ”ni udur, “Sumqayıt” “Neftçi”ni və sair. Autsayder qalmayıb. Ona görə də hədəflərdən danışmaq çətindi.
- Bu gün Azərbaycanda zəif komanda yoxdu. Demək olar ki, hamısı eyni səviyyədədi. “Rəvan” “Qəbələ”ni udur, “Sumqayıt” “Neftçi”ni və sair. Autsayder qalmayıb. Ona görə də hədəflərdən danışmaq çətindi.
- Birinci yerdə “Simurq” gedir...
- Bu, mənim üçün sürpriz deyil. Həm “Simurq”, həm izləyicisi AZAL heyətini kifayət qədər gücləndirib, yaxşı komandadılar. Biz bütün rəqiblərimizdən problem görə bilərik. Bu gün heç kim deyə bilməz ki, ilk altılıqda yerimizi təmin edə biləcəyik.
- Komandada hansı dəyişikliklər gözlənilir?
- Şübhəsiz ki, mənim başqa köməkçilərim olacaq. Oyunçulara gəlincə, bizim tələblərimizə cavab verməyənlər heyətdən kənarlaşdırılacaq.
- Şübhəsiz ki, mənim başqa köməkçilərim olacaq. Oyunçulara gəlincə, bizim tələblərimizə cavab verməyənlər heyətdən kənarlaşdırılacaq.
- “Qəbələ”nin idman direktoru postundan baş məşqçiliyə gətirilməyinizdə futbolçuların da istəyini istisna etmirsiz ki?
- Mənə sadəcə zəng edib dedilər ki, baş məşqçi postunda görmək istəyirlər. Bu gün rəhbərliklə görüşdüm, detalları müzakirə etdim. Oyunçular sadəcə qələbə qazanmaq istəyirlər. Fikrimcə, tezliklə onlar da komandada dəyişikliklər görəcəklər.